Avropa İttifaqı Rusiyaya qarşı məhdudiyyətlərdən yayınan 90 kompaniyanı 11-ci sanksiya paketinə daxil edib. Onlardan səkkizi Çində qeydiyyatdan keçib.
AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu barədə ZDF telekanalının efirində bildirib.
“Biz sanksiyalardan yayınmaların qarşısını qətiyyətlə almaq niyyətindəyik. Bu səbəbdən 11-ci sanksiya paketinə Avropa İttifaqından üçüncü ölkələr vasitəsilə Rusiyaya qadağan edilmiş məhsullar daşıdığına dair sübutların olduğu 90 kompaniya daxil edilib”, – deyə Avropa Komissiyasının sədri bildirib.
Qeyd edək ki, martda Ursula Fon der Lyayen Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qüvvədə olan məhdudiyyətlərdən yayınma halları ilə mübarizəyə yönələcəyini açıqlamışdı.