Türkiyənin yerli və milli pilotsuz uçuş aparatı (PUA) “Bayraktar Akıncı” “HGK-82” ilə yeni atış sınağını uğurla həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə “Baykar” şirkətinin sosial şəbəkə hesablarında məlumat verilib.
Bildirilir ki, Türkiyənin PUA-ları tarix yazmağa davam edir. “Akıncı” Çorludan havaya qalxdıqdan sonra atışını reallaşdırıb və bir adada hədəfi müvəffəqiyyətlə məhv edib.
Qeyd edək ki, “HGK-82” mövcud “500 lb Mk-82” ümumi təyinatlı bombaları “KKS/ANS” yönləndirmə sistemi ilə havadan yerə ağıllı və dəqiq zərbə qabiliyyətinə malik sursata çevirən “BRU 57” adapterli çoxatışlı raket dəstidir.