Rusiya Fövqəladə Hallar Nazirliyi Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasından sonra daşqın baş verən Xerson vilayətindən 7 min 525 nəfərin köçürüldüyünü açıqlayıb.
“Report” xəbər verir ki, nazirliyin bəyanatına əsasən, qurum Xerson ərazisində 1872 bina və 44 ictimai binanı təxliyə edib. Təxliyə fəaliyyətləri başlayandan 461-i uşaq olmaqla 7 525 nəfər köçürülüb. 20 yerləşdirmə mərkəzində 1 764 nəfər qalır. Hərəkət qabiliyyəti zəif olan xəstələr yerli xəstəxanadan evakuasiya edilib və avtobuslarla təhlükəsiz yerə aparılıb.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həmçinin, su çəkməyə və binaları, ətraf əraziləri dezinfeksiya etməyə davam edir. Zərərin miqyası evlərə baş çəkməklə qeydə alınır.