Oğuz rayonunda güclü küləyin təsirindən iri gövdəli ağaclar aşaraq istirahət mərkəzinə ziyan vurub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarından rayon ərazisində güclü külək əsməyə başlayıb.
Şəhərin yuxarı hissəsində yerləşən istirahət mərkəzinin həyətindəki iri gövdəli ağaclar təbiət hadisəsi nəticəsində aşıb və bir neçə otağın dam örtüyünü yararsız vəziyyətə salıb.
Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.