Çin müdafiə nazirlərinin danışıqları ilə bağlı ABŞ-a ultimatum verib.
“Report” xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penyu danışıb.
Onun sözlərinə görə, Amerika tərəfi Çinlə münasibətlərdəki çətinliklərin səbəbini bilir:
“Çin iki ölkənin müdafiə nazirləri arasındadanışıqları mümkün etmək üçün ABŞ-dan birtərəfli sanksiyaları ləğv etməyi tələb edib. Faktiki olaraq Çinə qarşı birtərəfli sanksiyalar tətbiq edilib. İki ölkə arasında hər hansı mübadilə və əməkdaşlığa başlamazdan əvvəl bu cür maneələr aradan qaldırılmalıdır”.
Qeyd edək ki, 2018-ci ildə ABŞ Rusiyadan 10 ədəd “Su-35” döyüş təyyarəsi və “S-400” zenit-raket kompleksi üçün avadanlıq aldığı üçün Li Şanfuya qarşı sanksiyalar tətbiq edib.