Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvü Vüqar Bayramov Avropa İttifaqının dəstəyi ilə keçiriləcək “Cənubi Qafqaz və Avropa İttifaqı – çağırışların həlli, imkanların istifadəsi” adlı konfransda iştirak etmək üçün Niderland Krallığının Haaqa şəhərində səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 5-də Avropa İttifaqı, Azərbaycan, Gürcüstan və Ermənistandan nümayəndələri, ekspertləri bir araya gətirəcək beynəlxalq konfransın gündəliyinə uyğun olaraq, tədbirdə Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi kimi mövzulara dair müzakirələr aparılacaq, məruzələr dinləniləcək.