Sahibə Qafarova: Milli Məclisin yaz sessiyasında 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib

Milli Məclisin yaz sessiyasında 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri parlamentin sədri Sahibə Qafarova yaz sessiyasının son iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq parlamentin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdirilib.

“Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 54-cü ildönümü tamam olur. Məhz o illərdən Azərbaycan tərəqqi və çiçəklənmə dövrünə qədəm qoyub. Dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusunun 100 illiyi ilə əlaqədar Milli Məclisin sessiyasında daha bir xüsusi iclası keçirilib”, – deyə Sahibə Qafarova qeyd edib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ƏvvəlkiDeputat Madər Musayev vəfat edib
NövbətiAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 25 il keçir