Biz gündəlikdə olan bütün məsələləri müzakirə etdik. Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla, ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha tam şəkildə təsdiq etdilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında söyləyib.
O qeyd edib ki, hər iki lider sərhədlərin delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı bağlılıqlarını bir daha təsdiqlədi.