İyunun 25-dən bəri Pakistanda güclü musson yağışları nəticəsində həyatını itirənlərin sayı 113-ə yüksəlib. Yağışlar nəticəsində Çitral və Sandur birləşdirici yolunun yarım kilometri zədələnib. Aşağı Çitral ilə Yuxarı Çitral arasındakı əlaqə yolun olmaması səbəbindən kəsilib.
Ştatda çoxlu evlər dağılıb, avtomobillər su altında qalıb və əkin sahələrinə ziyan dəyib.
Pəncab əyalətinin paytaxtı Lahorun Misri Şah məhəlləsində iki uşaq seldə boğulub, Mandi Bahauddin bölgəsində isə iki qadın evlərinin damının uçması nəticəsində həyatını itirib.
Ştatın Pakpattan bölgəsində biri uşaq olmaqla üç nəfəri elektrik cərəyanı vurub.
Xatırladaq ki, hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana böyük ziyan vurur.
Ötən il ölkədə musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində 1739 nəfər həyatını itirib, fəlakətin ölkəyə vurduğu zərərin 30 milyard dollardan çox olduğu açıqlanıb.