İyulun 28-də daha 16 ailə (56 sakin) Laçına köçürülüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bununla da Laçın şəhərində 168 ailənin (647 nəfər) daimi məskunlaşması təmin edilib.