Gürcüstanda təbii fəlakət qurbanlarının sayı yenidən artıb

Gürcüstanın qərbindəki Şovi bələdiyyəsi ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı yenidən artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha bir nəfərin cəsədi torpağın altından çıxarılıb. Bununla da torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Hazırda daha 24 nəfərin axtarışları davam edir.

Həlak olanların 7-sinin kimliyi artıq müəyyən olunub.

Əvvəlkiİsrailin paytaxtında terror aktı törədilib
NövbətiGimnastlarımız MDB Oyunlarında bürünc medal qazanıb