Çin ölkənin şimal-qərbindəki Cyucuan Kosmik Mərkəzindən “CERES-1 Y7” raket daşıyıcı aparatının buraxılışını uğurla həyata keçirib.
“Report” “Sinhua” agentliyinə istinadən xəbər verir ki, Pekin vaxtı ilə saat 12:03-də buraxılışı həyata keçirilmiş kommersiya raketinin göyərtəsində 7 peyk olub.
Onların arasında hiperspektral, infraqırmızı və panxromatik kameralarla təchiz edilmiş “Xiguang-1 01” peyki də var. Ondan Yerin müşahidəsi, təbii ehtiyatların saxlanması, kənd təsərrüfatı, meşə təsərrüfatı və fəlakətlərin qarşısının alınması üçün istifadə olunacaq.