Azərbaycanın voleybol millisi Avropa çempionatına hazırlığı başa vurub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqları başa vurub.

“Report” xəbər verir ki, yığma təlim-məşq toplanışını keçdiyi Sloveniyada son olaraq Macarsıtan yığması ilə bir neçə yoxlama oyunu keçirib.

Komandalar ilk olaraq ötən gün qarşılaşıblar. Bu matç fərqli formatda təşkil olunub və yığmalar iki heyətə bölünərək yerdəyişmə əsasında eyni anda fərqli meydanlarda oynayıblar. Bu qarşılaşmaların birində Azərbaycan 3:0 hesabı ilə qəbələ qazanıb, digərində isə uduzub – 2:3

Bu gün isə Macarıstanla son oyun baş tutub. Bu, həm də yarış öncəsi son yoxlama matçı olub. Görüş Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığma avqustun 15-də qrup oyunlarını keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə yola düşəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.

ƏvvəlkiBakıda iki ünvanda mənzildən meyit tapılıb
NövbətiEfiopiyada hava hücumu nəticəsində azı 26 nəfər ölüb