Bu ilin yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 3 774 540 min ABŞ dolları dəyərində 6 045 069,15 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Trend-in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə – red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 822 483,44 min dollar dəyərində 1 354 226,01 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-iyul aylarında bu ölkəyə 666 499,46 min dollar dəyərində 1 122 457,35 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 19 ölkəyə 9 444 800,48 min dollarlıq 15 540 323,64 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvar-iyul aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin məbləğinə görə) təqdim edirik:
# | Ölkələr | Məbləğ, min $ | Miqdar, ton |
– | Cəmi | 9 444 800.48 | 15 540 323.64 |
1 | İtaliya | 3 774 540 | 6 045 069.15 |
2 | İsrail | 822 483.44 | 1 354 226.01 |
3 | Hindistan | 666 499.46 | 1 122 457.35 |
4 | İspaniya | 644 665.26 | 1 024 351.02 |
5 | Türkiyə | 592 582.64 | 1 044 386.97 |
6 | Çexiya | 524 628.61 | 906 430.23 |
7 | Almaniya | 406 757.88 | 662 321.55 |
8 | İrlandiya | 366 641.18 | 630 056.2 |
9 | Xorvatiya | 306 509.08 | 538 321.21 |
10 | Yunanıstan | 292 693.52 | 474 980.08 |
11 | Rumıniya | 233 767.72 | 385 951.65 |
12 | Vyetnam | 165 107.75 | 276 935.99 |
13 | Avstriya | 152 155.74 | 266 568.71 |
14 | Fransa | 118 639.77 | 199 006.72 |
15 | Böyük Britaniya | 111 679.38 | 195 128.34 |
16 | İndoneziya | 88 665.69 | 134 153.29 |
17 | Sinqapur | 87 786.4 | 138 338.45 |
18 | Portuqaliya | 62 898.43 | 92 952.72 |
19 | Tailand | 26 098.53 | 48 688.02 |