Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər ayın 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hal-hazırda havada tozun miqdarı 2.5 dəfə normanı aşıb.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir.(İran ərazisində müşahidə olunan toz fırtınasının nəticəsi)