BMT-nin mənzil-qərargahı önündə dinc aksiya keçirən həmvətənlərimizə qarşı ermənilər təxribat törədiblər.
“Report”un ABŞ bürosu xəbər verir ki, bir neçə erməni əllərində plakatlar və qondarma bayraqlarla azərbaycanlılara hücum ediblər.
Onlar yoldan keçən maşınların qarşısını kəsib və həmvətənlərimizə təzyiq göstəriblər.
Qarşıdurma davam edir. Bölgəyə Nyu-York polisləri gəlib.