Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə gümüş medal qazanıb.

“Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Dilşot Xalmatova (Ukrayna) uduzub.

Bu gün mübarizəyə qoşulanlardan Nazir Talıbov (60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.

ƏvvəlkiYeddi ayda 43,5 min ton pambıq lifi, 6815 ton pambıq ipliyi ixrac edilib
NövbətiMoskvada Xəzər regionunda əməkdaşlıq məsələləri müzakirə edilib