Sentyabr ayının 28-30-da Bakı Ekspo Mərkəzində müxtəlif sahələri təmsil edən 100-dən çox Çin şirkətinin iştirakı ilə “Çin şirkətləri və məhsulları sərgisi” təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Çin şirkətləri Azərbaycanda topdan alıcılar, tərəfdaşlar və distribütorlar axtarır. Yeni biznes qurmaq, məhsul çeşidlərini genişləndirmək və yeni məhsullar satmaq üçün bu imkandan hər kəs faydalana bilər. Tədbir çərçivəsində Çin şirkətlərinin nümayəndələri ilə birbaşa görüşlər keçirilməsi planlaşdırılır.
Tədbirin təşkilatçıları “Shanghai Kanchen Exhibition Co.LTD” və “International Club of Manufacturers, Exporters and Importers LLC” şirkətləridir.
Sərgidə iştirak etmək üçün qeydiyyat mütləqdir.