Türkiyənin paytaxtı Ankaranın Polatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 21 nəfər yaralanıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, qəza Polatlı-Ankara yolunun Polatlı rayonunun Karapınar məhəlləsindəki xəstəxana qovşağında baş verib.
Belə ki, şirkət işçilərini daşıyan xidməti avtomobil əvvəlcə minik, daha sonra yük maşınına çırpılıb.
Xəsarət alanlar içərisində 8-12 yaşlarında 7 uşaq da var.
Qəzadan sonra Ankara-Polatlı yolu 1 saatlıq nəqliyyata bağlanıb, hadisə ilə bağlı araşdırma başlanıb.