Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən 1969-cu il təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun qalıqları anadan olduğu Şamaxı rayonunda dəfn olunub.
Trend xəbər verir ki, bir müddət əvvəl tapılan qalıqlar Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Şamaxı İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib.
Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.