26 avqust 2023 -cü il tarixdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək”İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Masa”- ətraf mühitin qorunması üzrə vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə tədbirlərin təşkili layihəsi çərçivəsində növbəti ikinci dəyirmi masa Montin Otelin konfrans zalında keçrildi.
Tədbiri Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev açaraq qonaqları salamladı. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Layihə haqqında iştirakçılara geniş məlumat verdikdən sonra sözü layihənin eksperti Sadiq Həsənova verdi. Sadiq Həsənov qlobal problem olan duzlu və şirin su haqqında danışaraq bildirdi ki, Azərbaycanın əsas yeraltı su mənbələri Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax, Mil-Qarabağ, Cəbrayıl və Naxçıvan dağətəyi düzənliklərində toplanır. Bu mənbələrin təxminən 60%-i Samur-Dəvəçi, Şəki-Zaqatala, Gəncə-Qazax dağətəyi düzənliklərində yerləşir. Çınqıllı və qumlu süxurların geoloji kəsilməsində, çay şəbəkəsinin inkişafında daha yüksək su keçiriciliyinin üstünlük təşkil etməsi, yağıntıların əksəriyyəti bu ərazidə yeraltı suların qidalanması üçün əlverişlidir. Dağətəyi ərazilərdən Ceyrançöl və Acınohur düzənlikləri çox məhdud yeraltı su ehtiyatları və nisbətən yüksək minerallaşma templəri ilə səciyyələnir. Şamaxı-Qobustan ərazisi bir qədər fərqlidir.
Böyük və Kiçik Qafqazın dağlıq hissələrində və Talışda yüksək keyfiyyətli qrunt suları tektonik qırılmalar nəticəsində bulaq kimi görünür. Yamaclarda və dərələrdə tapılan bulaqların istehlakı adətən 5-10 litr/saniyədə dəyişir. Dağ çaylarının mənşəyində sutkada 40-60 min kubmetr qrunt suları da üstünlük təşkil edir.
Məhdud su ehtiyatlarına və şirin su ehtiyatlarına görə Cənubi Qafqazın ən yoxsul ölkəsi olmasına baxmayaraq, Azərbaycan adambaşına düşən suyun miqdarına görə dünyanın bir çox ölkələrini qabaqlayır.
Dünyada suyun 8%-nin məişət məqsədləri üçün istifadə edildiyi təxmin edilir. Bunlara içməli su, çimmək, yemək bişirmək, tualetin yuyulması, təmizlik, camaşırxana və bağçılıq daxildir. Beynəlxalq ekspertlərin qiymətləndirməsinə görə əsas məişət su tələbləri, bağlar üçün su istisna olmaqla, gündə adam başına təxminən 50 litr olaraq qiymətləndirilmişdir. İçməli su, dərhal və ya uzunmüddətli zərər riski olmadan istehlak edilə və ya istifadə edilə bilən kifayət qədər yüksək keyfiyyətli sudur. Belə suya adətən içməli su deyilir. Əksər inkişaf etmiş ölkələrdə məişət, ticarət və sənaye sahələrinə verilən su bütün içməli su standartıdır, baxmayaraq ki, çox cüzi bir hissəsi faktiki olaraq istehlak edilir və ya qida hazırlanmasında istifadə olunur.2017-ci ildə 844 milyon insan hələ də əsas içməli su xidmətindən məhrumdur. Onlardan dünyada 159 milyon insan birbaşa göllər və çaylar kimi yerüstü su mənbələrindən su içir. Hər səkkiz nəfərdən biri dünyanın təhlükəsiz suya çıxışı yoxdur.
Sonra mövzu ətrafında çıxışlar oldu. Vətəndaş cəmiyyəti fəalları ekoloji mövzuda tədbirlərin keçrilməsinin əhəmiyyətindən danışaraq, bu, istiuqamətdə təşkilatçılara uğurlar arzuladılar.