Salyan rayonunda tərəvəz bitkilərinin yığımı davam edir. Rayonda kənd təsərrüfatının aparıcı sahələrindən olan tərəvəzçilikdə uğurlu nəticələr var. Fermerlər dövlət tərəfindən verilən subsidiya və güzəştlərdən yararlanaraq bol məhsul tədarük ediblər.
Salyan Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonda əkilən 1651,7 hektar tərəvəz sahələrindən 28 min 556,4 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2546,4 ton və ya 9,8 faiz çox olub.
Ayrı-ayrılıqda tərəvəz bitkilərinin məhsulu yaşıl lobya 31,9 ton, xiyar 4727,3 ton, pomidor 18966,1 ton, baş sarımsaq 252,5 ton, baş soğan 585,3 ton, kələm 601,0 ton, bibər 1939,0 ton, badımcan 739,2 ton, sair tərəvəzlər 714,1 ton təşkil edib.