Azərbaycan Avtomobil Yolları (AAYDA) tərəfindən avqustun 21-dən 28-dək olan müddətdə respublika ərazisində yolların təmiri və bərpası sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində Qəbələ rayonunun Laza kəndinə alternativ yol ilə gediş-gəliş təmin olunub, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunda yaşıllıqlara aqrotexniki qulluq göstərilib, İsmayıllıda Zərgəran avtomobil yolu təmir edilir, Zərdab rayonunda 4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur.
Həmçinin M-1 magistral avtomobil yolunun bir hissəsində aparılan yenidənqurma işləri davam edir, M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub və Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir.