Azərbaycan Ordusunun mövqeləri Xocalı və Ağdam istiqamətlərində atəşə tutulub

Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlər görülüb”, – məlumatda bildirilib.

ƏvvəlkiAvropada qaz ticarətin nəticələrinə əsasən bahalaşıb
NövbətiUstad aşıqların yubileyləri qeyd olunub