Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidenti və Direktorlar Şurasının sədri Cin Liçün ilə bankın maliyyə dəstəyi ilə ölkədə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkəsində yazıb.
M. Cabbarov qeyd edib ki, görüşdə AİİB-lə Azərbaycanın əməkdaşlıq istiqamətləri, birgə fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi aparılıb.