Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İsrailin Enerji naziri İsrael Katz ilə telefon danışığı aparıb.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar öz sosial media hesabında paylaşım edib.
Telefon danışığı zamanı enerji, xüsusilə təbii qaz sahəsində ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə edilib.
“İsrailin etdiyi dəvət çərçivəsində ən qısa zamanda səfərimizi etməyi planlaşdırırıq” – deyə paylaşımda bildirilib.
İsrailin energetika naziri İsrael Katz sosial mediada açıqlamasında qeyd edib ki, Türkiyənin energetika naziri Alparslan Bayraktarla məhsuldar görüş keçirilib.
“Biz enerji sahəsində əməkdaşlığımızın yenilənməsi imkanlarını müzakirə etdik. Baş nazir Netanyahu prezident Ərdoğanla görüşmək üçün (Türkiyəyə) səfər etməyi planlaşdırdığı üçün regional əməkdaşlıq baxımından perspektivli bir dövrdən keçirik” – deyə paylaşımda bildirilib.