Niderlandın daxili işlər və krallıq işləri üzər naziri vəzifəsini müvəqqəti icra edən Hanke Bröyns Sloot ölkənin müvəqqəti xarici işlər naziri təyin olunub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Niderland hökumətinin informasiya xidmətinin məlumatında deyilir.
Ölkənin mənzil tikintisi və məkan planlaşdırma naziri vəzifəsini müvəqqəti icra edən Huqo de Yonq həm də daxili işlər və krallıq işləri üzrə müvəqqəti naziri olub. Dəyişikliklər sentyabrın 5-dən qüvvəyə minir.
Qeyd edək ki, Niderlandda xarici işlər naziri vəzifəsi sabiq müvəqqəti nazir Vopke Hukstranın Avropa Komissiyası rəhbərinin keçmiş birinci müavini olan, Niderlandda solçu partiyalar ittifaqına rəhbərlik etmək üçün Avropa siyasətini tərk edən Frans Timmermansın yerinə avrokomissar postuna təyinatı ilə əlaqədar boş qalmışdı. Timmermans kimi, Hukstra da AK-də iqlim dəyişikliyi siyasətinə cavabdeh olacaq.
Ümumiyyətlə, hazırda Niderlandın bütün hökuməti hakim koalisiyadakı tərəfdaşlar arasında miqrasiya siyasəti ilə bağlı fikir ayrılıqlarının səbəb olduğu istefalar ilə əlaqədar müvəqqəti hakimiyyətdədir. Ölkədə yeni seçkilər noyabrın 22-nə təyin edilib.