Mərakeşdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2122 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, zəlzələ zamanı azı 2420 nəfər xəsarət alıb.
Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Mərakeş şəhərində və ətraf yaşayış məntəqələrində bir çox yaşayış binası və müxtəlif tikililər uçub.