Azərbaycanın zərgərlik məmulatları bir çox ölkələrdə keyfiyyətli məmulatlar kimi qəbul olunur.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin sədri Toğrul Abbasquliyev deyib.
O, zərgərlik məmulatı ixrac etdiyimiz ölkələr sırasında Özbəkistanı, Qazaxıstanı, Qırğızıstanı, BƏƏ və Türkiyəni xüsusi vurğulayıb.
İxrac bazarlarımız genişləndirilir
“Bizim məmulatların bu ölkələrdə kifayət qədər böyük rəqabətə malik gücü var. Bizim dəstəyimizlə Azərbaycan istehsalçıları “AzerGold” QSC-dən qızıl alaraq zərgərlik məmulatları hazırlayıb ixrac edirlər. ABŞ-a məhsul ixracımız olur. Bəzi brendlərimizin Özbəkistanda vahid “Made in Azerbaijan” brendi ilə təmsil olunması barədə danışıqlar aparırıq. Türkiyədə, Qazaxıstanda, Özbəkistanda Azərbaycana məxsus brendlərin satış nöqtələri var. Hər il bu göstəricilərin artacağını düşünürəm. Bu ölkələrlə qarşılıqlı razılaşmalarımız var ki, bizim brendlər həmin ölkələrdə, onların da brendləri Azərbaycanda təmsil olunsun”, – T. Abbasquliyev bildirib.
Beynəlxalq sərgilərə çıxış
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan zərgərlik məmulatlarının ixrac həcmi 19 milyon manatdan çox olub: “Bu göstəricinin artırılması üçün beynəlxalq və regional sərgilərdə iştirak etmək önəmlidir. Azərbaycan hələ ki, bu sərgilərdə iştirak edə bilmir. Amma iqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə danışıqlarımıza əsasən ümid edirəm ki, yaxın zamanda həmin beynəlxalq zərgərlik sərgi və festivallarında Azərbaycan məmulatlarını təmsil edə biləcəyik”.
Azərbaycanda əksər brendlər təmsil olunub
T.Abbasquliev dünyanın “A” sinif zərgərlik brendlərinin hamısının Azərbaycanda təmsil olunduğunu bildirib:
“Məşhur “Tiffany”, “Bulgari”, “Roberto Coin”, “Chopard”, “Leo Pizzo”, “Stephen Webster” kimi brendlərin hamısı ölkəmizdə təmsil olunur. Azərbaycanda “B” sinfə də aid dünya brendləri var. Bunlar əsasən Türkiyə, İtaliya, Rusiya brendləridir. Rusiyanın məşhur “Sokolov” brendi burda təmsil olunur. Məşhur “Pandora” markasının Azərbaycanda 5 satış mağazası var. Yəni Azərbaycanda hər kateqoriyadan olan dünya markaları mövcuddur”.
Qiymət fərqi varmı?
O bildirib ki, “A” sinf brendlərin qiyməti müxtəlif ölkələrdə təqribən eynidir:
“Hansısa ölkədə qiymət fərqi çox olsa, orda satışlar xeyli aşağı olar. Çünki bu gün insanların öz ölkəsindən xaricə rahat çıxış imkanı var. Tanınmış brendlər yerli dilerlərlə elə işləyirlər ki, məhsullarının həmin ölkədəki qiymətləri dünya bazarındakı qiymətlərə uyğun olsun. Azərbaycanda da belədir. Topdan satılan qızıl, gümüş və ya qiymətli daşlardan hazırlanan məmulatların qiyməti onun dizaynına uyğun dəyişir”.
585 əyarlı qızıl məmulatı 95 manatdan ucuz olmamalıdır
T.Abbasquliyev birjada bir qram 999 əyarlı qızılın qiymətinin 62 ABŞ dolları olmasına toxunub:
“Bu o deməkdir ki, Azərbaycanda bir qram 585 əyarlı qızıl məmulatının maya dəyəri 70 manatdan başlayır. Söhbət ən sadə işçilikli, fərqli dizaynı olmayan məmulatlardan gedir. Fərqli dizaynlıların qiyməti daha yüksək olur. 750 əyarlı qızılın isə maya dəyəri 80 manatdan başlayır. Bunun üzərinə sahibkarın gəlir marjası da əlavə edilir. Bu marja bir qrama görə 10 manat, 30 manat və daha çox ola bilər. Qiymətin üzərinə ƏDV də əlavə olunur. Bu hesabla bazarda minimum gəlir marjası ilə (10 manat) 585 əyarlı qızıl məmulatının qiyməti 95 manatdan başlamalıdır”.