Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib.
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayıram.