“Qardaş ölkə Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”.
“Report” xəbər verir ki, bunu Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə telefon danışığı zamanı deyib.
Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb.