“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində gözləyən “yardım” karvanı geriyə, Ermənistana qayıdır.
“Report”un əldə etdiyi görüntülərdən məlum olur ki, karvana daxil olan yük avtomobilləri dönmə əməliyyatını həyata keçirə bilmədiyi üçün arxa-arxaya hərəkət edirlər.
Qeyd edək ki, Laçın yoluna dirənmiş “humanitar yük”ün daşıyıcısı “Spayka” şirkətinin 19 TIR-ı iyulun 26-dan 400 tonluq “humanitar yardım”la ərazidə gözləyir.