Azərbaycan badmintonçusu Peruda bürünc medal qazanıb

Azərbaycanın qadın badmintonçusu Keişa Fatimə Zəhra Perunun paytaxtı Limada keçirilən “International challenge” seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, o, şəxsi yarışda yarımfinal mərhələsinə kimi Kanada, Kuba və İrlandiya təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Badmintonçu finala gedən yolda turnirin qalibi yaponiyalı Kaoru Sugiyamaya 0:2 (14-21,8-21) hesabı ilə uduzaraq üçüncü yeri tutub və hesabına 2 800 reytinq xalı yazdırıb.

Kişi badmintonçuların şəxsi yarışında mübarizə aparan Edi Reski Dviçayo isə 1/4 finalda mübarizəni dayandırıb. Meksika və Norveçi təmsil edən badmintonçulara qalib gələrək ən güclü “səkkizliy”ə yüksəlməyi bacaran idmançı bu mərhələdə Qvatemala badmintonçusu Kevin Cordonla bacarmayıb – 1:2 (22-20,18-21,11-21). Edi Reski Dviçayo yekunda 2 200 reytinq xalı qazanıb.

ƏvvəlkiGənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası nümayiş olunub
NövbətiBakıda “K-pop” festivalı keçiriləcək