Naxçıvan şəhərində Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə “Naxçıvan – Yaşıl Enerji Zonası” beynəlxalq konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iştirak edir.
Tədbir çərçivəsində enerji keçidi, yaşıl enerji zonası, Naxçıvanın yaşıl enerji potensialı və digər mövzularda plenar sessiyaların keçirilməsi və hər iki ölkənin bir sıra yüksəkvəzifəli şəxslərinin çıxışları nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə ötən ilin 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.