Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

ƏvvəlkiZəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib
NövbətiQondarma DQR-in keçmiş müdafiə naziri saxlanılaraq Bakıya gətirilib