Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
“Report”un xəbərinə görə, fəxri qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
Şimali Kipr Türk Respublikasının Prezidenti həmçinin xatirə dəftərinə də ürək sözlərini yazıb.
Eyni zamanda fəxri qonaq “Türk şəhidliyi” abidəsini də ziyarət edib.