Qazaxıstan Türkiyənin “Anka” PUA-larını istehsal etməyi planlaşdırır

Türkiyənin “Anka” kəşfiyyat və hücum pilotsuz uçuş aparatlarının (PUA) Qazaxıstanda istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “inbusiness.kz” Türkiyə Aerokosmik Sənayesi Şirkətinin nümayəndəsi Erol Oğuza istinadən məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər hazırlıq işləri apardığından və investisiyaların həcmi hesablandığından hələlik daha dəqiq tarix demək mümkün deyil.

“Məqsədimiz təkcə istehsal açmaq deyil, gələcəkdə Qazaxıstanın müstəqil olaraq pilotsuz uçuş aparatları istehsal edə bilməsi üçün bu ölkəyə təcrübə və texnologiya ötürməkdir”.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib
NövbətiŞimali Kiprin Prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub