Donald Tramp OPEC-dən neftin qiymətini azaltmağı tələb edib

ABŞ prezidenti Donald Tramp OPEC-dən OPEC+in Monitorinq Komitəsinin Əlcəzairdə keçiriləcək iclası ərəfəsində neftin qiymətini azaltmağı tələb edib.

Türk.az TASS-a istinadən xəbər verir ki, bu barədə D.Tramp “Twitter” səhifəsində yazıb.

“Biz Yaxın Şərq ölkələrini qoruyuruq, bizsiz onlar uzun müddət təhlükəsiz şəraitdə olmazdılar. Amma yenə də onlar neftin qiymətinin artmasını tələb edirlər. OPEC monopoliyası elə indi qiymətləri azaltmalıdır!”, – Tramp yazıb.

Qeyd edək ki, OPEC+in Monitorinq Komitəsinin iclası sentyabrın 23-də Əlcəzairdə keçiriləcək. Komitə bazarın balanslaşdırılması üçün lazımi qərarlar qəbul etmək üçün müqavilə tərəflərinə tövsiyələr vermək funksiyasına malikdir.

Daha əvvəl ABŞ prezidenti OPEC-i qiymətləri manipulyasiya etməkdə günahlandırıb.

ƏvvəlkiAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU AZIX MAĞARASINDAN QƏDİM İNSAN ÇƏNƏSİNİN AŞKAR EDİLMƏSİNİN 50 İLLİYİNƏ HƏSR EDİLMİŞ “AZƏRBAYCANDA AZIX MAĞARASI VƏ MİQRASİYA AXINLARI” MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ KONFRANSIN KEÇİRİLMƏSİ HAQQINDA
Növbətikoresi