Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Peyk orbitə bu gecə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ ağır daşıyıcı raketi ilə göndərilib. Bu, “Ariane 5”in 100-cü buraxılışıdır. Onun göyərtəsində “Azerspace-2” və Yaponiyanın “Horizons 3e” peykləri olub.
Peyk 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq. Peykin orbitdə işi minimum 15 il olacaq.
“Azerspace-2” Azərbaycanın orbitə çıxarılan üçüncü peykidir.“Azərspace-2” xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq və peykin orbitdə işi minimum 15 il olacaq.