FÜRSƏTİ ƏLDƏN VERMƏYƏK!

Düz bir həftə öncə “Millətçilik” qəzetində dərc edilmiş məqalədə Rusiyanın “ermənistan” adlı sirk meydançasına çıxmış Paşinyan adlı yeni klouna artıq dərs verilməyinin vaxtının gəlib çatdığını bildirmişdik. Fikrimizin həqiqiliyini Nikol Paşinyan sentyabrın 25-i Nyu-Yorkda, BMT Baş Məclisinin sessiyasında çıxışı bir daha təsdiq etdi.

NÖVBƏTİ ERMƏNİ MEYMUNUNUN SAYIQLAMALARI

Sentyabrın 25-də Nyu-Yorkda, BMT Baş Məclisinin sessiyasında çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Paşinyan Azərbaycanı danışıqlara hörmətsiz münasibətdə ittiham edib, rəsmi Bakını münaqişəni hərbi yolla həll etmək ideyasından əl çəkməyə çağırıb.

Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağ hakimiyyəti ilə danışıq aparmalı olduğunu vurğulayıb və qeyd edib ki, Bakının indiki yanaşması fonunda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması erməni xalqının yeni soyqırımına qol qoymaq demək olar.

Azərbaycan Respublikası Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Qərbi Azərbaycandakı erməni kolonist“dövlətciyinin” başçısı olan Paşinyanın dediklərini şərh edərkən bildirib: “Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqogiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur”.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın baş naziri tərəfindən BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumu müzakirələrinin mövzusuna uyğun olaraq, ölkənin inkişafı, dayanıqlı inkişaf məqsədlərinin milli səviyyədə həyata keçirilməsi, qonşu dövlətlərlə sülh şəraitində yaşamaqla bağlı heç bir fakt və ya rəqəm səsləndirilməmişdir.

Prezident Administrasiyasının rəsmisi deyib ki, Ermənistanın baş naziri sələflərinin siyasətini davam etdirərək təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə danışıqlar prosesinin iflic hala salınmasına xidmət edir: “Bütün beynəlxalq ictimaiyyətə çox yaxşı bəllidir ki, münaqişənin həllində ən başlıca maneə Ermənistanın Azərbaycana qarşı hərbi işğalının davam etməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğudur. Hələ bu azmış kimi Ermənistanın baş naziri beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam hörmətsizlik şəraitində işğal edilmiş ərazilərin ilhaqına çağırır ” -deyə H.Hacıyev vurğulayıb.

“Paşinyan BMT tribunasında rəsmən sarsaqladı. Bu sübut edir ki, Paşinyanın masa arxasında oturub danışmağa qətiyyəti yoxdur. O, Azərbaycanın Dağlıq Qarabağla dialoqa başlamalı olduğunu bildirməklə çox böyük səhvə yol verdi. Yəni Paşinyan dünyanın gözü önündə göstərdi ki, Azərbaycanın bu şəkildə Ermənistanla danışıqlar aparmasının heç bir mənası yoxdur. Bu, vəziyyəti qəsdən gərginləşdirməkdən başqa bir şey deyil. Əgər Paşinyan belə davam edərsə, müharibə qaçılmaz olacaq” – bu fikirləri isə millət vəkili Rasim Musabəyov bildirib.

PAŞİNYANIN BMT-DƏKİ SAYIQLAMALIRNDAN NƏTİCƏLƏR

Paşinyanın çıxışından hansı nəticələri çıxara bilərik:

1) Lələtəpənin azad edilməsi ilə erməni sürüsü daxilində həm Sərgisyanın nüfuzuna, həm Rusiyaya, həm Qərbə olan ümidlərə ciddi zərbə vuruldu. Korrupsioner və açıq rusiyapərəstlik edən Sərgisyanın əlində olan yeganə siyasi kart Azərbaycan torpaqlarını işğal altında saxlamaq idi. Amma bu kart Lələtəpədə vurulandan sonra erməni sürüsü baş meymunu dəyişmə həddinədək hiddətləndi. Belə olanda meydana yeni erməni, yəni, yeni meymun — Nikol Paşinyan daxil oldu. Ümumilikdə, ermənilər işğallarını uzatmaq üçün yeni oyuna başladılar. Bu dəfə hakimiyyətə Moskvanın razılığı ilə N.Paşinyanı gətirdilər.

2) Paşinyan 2019-cu ilin mart-aprel ayında keçirilməsi nəzərdə tutulan erməni parlament seçkilərində öz tərəfdarlarının İrəvanda oturmuş erməni kolonistlərinin parlamentində çoxluğuna nail olmaq istəyir. Ona görə, o, Azərbaycan əleyhinə mövqeyi daim sərgiləyəcəkdir.

3) Aprel döyüşləri Azərbaycan üçün gerçək qələbə taktikasını göstərdi — Moskva və Vaşinqton tərəfindən Bakıya telefon bağlantıları açılana, aparılan söhbətlər bitənə qədər bacardıqca strateji yüksəklikləri ələ keçirmək. Maraqlıdır ki, itkilərimizə baxmayaraq aprel döyüşləri Moskvanın Azərbaycanla münasibətlərini kəskinləşdirmədən qaçdığını, anqlosakson və frankofon siyasi dairələrinin Rusiya idarəsi altında olan “arsax” layihəsini tanımaq istəmədiklərini göstərdi.

4) Əgər erməni siyasi mafiyası başbilənləri bu fikirdədirlər ki, işğalı uzatmaq üçün İrəvandakı kolonist “dövlətcikdə” hakimiyyət dəyişikliyi oyununa getmək sərfəli yoldur, Azərbaycanı danışıqlar masasında hər şeyi sıfırdan başlamağa məcbur etsinlər və bununla da vaxt udsunlar — eybi yox, bu oyunu ermənilərin əleyhinə işlətmək olar.

Beləliklə, yeni “aprel döyüşləri” ilə iki əsas məqsədə nail oluna bilər: İlkin olaraq “ermənistan” adlı Qərbi Azərbaycan ərazisində erməni sürüsünü intensiv və dayanmayan hakimiyyət dəyişkənliyi hərc-mərcliyinə, daxili didişməyə, nifrətlə yoğrulmuş boğuşma girdabına təpikləyib salmaq. Digər tərəfdən, hər dəfə yeni bir strateji yüksəkliyi erməni işğalçılarından təmizləmək.

Biz ermənilərin içində boğuşmaya rəvac verməliyik. Çünki erməni kolonistlərinin Qərbi Azərbaycanda yaratdığı “hayastan” adlı “respublika”da sabitlik bizim tam əleyhimizədir. Digər tərəfdən, Paşinyan əvvəlki sələfləri kimi hətta  Rusiya FTX-sinin xırdaca agentciyi olsa da belə, o, artıq erməni siyasətini yeni mərhələyə çıxarır. Biz buna “balanslaşmış siyasət” deyirdik.

Bizdə balanslaşma siyasətinin gerçək nəticəsi bu idi ki, nə Qərbin və nə də Rusiyanın siyasi-hərbi qurumlarında tam hüquqlu üzvlüyü qarşımıza məqsəd qoymamışıq. Çünki biz müsəlman və türk xalqı olduğumuza görə, bu qurumlar erməni işğalı altında torpaqlarımız məsələsində bizə elə şərtlər diqtə edərlər ki, indiki erməni işğalına şükür deyərik. İstər Kazan sammiti sənədi, istərsə də Madrid prinsipləri Azərbaycan ilə qondarma “arsax respublikası” arasında konfederativ ittifaqı nəzərdə tutur. Hər iki sənəddəki müddəaların son nəticəsi Azərbaycanı sonda “arsax” və d. xırdaca “dövlətlərdən” ibarət konfederativ, daim parçalanmaya meylli bir amorf dövlətə çevrilməsinə hesablanıb.

Qərbi Azərbaycanda rus imperializminin yaratdığı qondarma “hayastan”da isə uzun müddət “balanslaşmış siyasət” olmayıb. Ermənilərə bu yetərli idi: ruslar onlar üçün Azərbaycanın 25 faizini qoparıb, onların əvəzinə qoruyur, Qərbdəki erməni diasporu da durumun belə qalmasına çalışır. Amma aprel döyüşləri onlara anlatdı ki, Rusiya ilə balanslaşma siyasəti aparmaq, Moskvanı Qərbyönlü xət götürəcəklərilə şantaj etmək lazımdır. Buna görə, Paşinyan komediyası oynanıldı. İndi bu komediyanın ikinci hissəsi başlayır: erməni kolonistlərinin “parlamentinə” Rusiyaya meydan oxuya biləcək qüvvələrin gətirilməsi. Əslində Moskva da anlayır ki, Paşinyan kimilər onun üçün təhlükəli deyil. “Hayastan” layihəsini Rusiya yaradıb, Rusiya da bu layihəni istənilən zaman qapaya bilər. “İslahatçı, balanslı siyasət yeridən Paşinyan iqtidarı” layihəsi ermənilərə lazımdır ki, Qərbi özlərindən uzaqlaşdırmasınlar.

Bir qədər kənara çıxaraq bildirək ki, erməniləri tam axmaq xalq da hesab etmək olmaz. Tarixi “ermən” ərazi və kilsə adını oğurlayıb özünə saxta tarix yaradan bu irandilli qaraçı-hay qövmü xəyanət, qəddarlıq yolu ilə özünə bizim torpaqlarda “dövlətcik” yaratdı. İndi bu “dövlətciyin” ərazisini böyüdür. Ermənilər SSRİ-nin dağılmasını və azərbaycanlıların həm dövlət və həm də hərbi baxımdan çox zəif olduqlarını bilirdilər. Ona görə, Rusiyanın Qarabağın işğalı ilə startegiyasına hələ SSRİ dağılmazdan öncə hazırladıqları planlarla qoşuldular. Görünür, bu gün beynəlxalq erməni mafiyası həm də Rusiyanın zəiflədilməsi və Cənubi Qafqazdan çəkilməsi barədə güvəncli proqnozlara malikdir.

Bütün bunlar Azərbaycan üçün ciddi təhdidlərdir. Belə ki, “hayastanda” sabitlik və Rusiyanın bu koloniyadan və “arsaxdan” çəkilməsi işğal altında olan həmin ərazilərdəki rus hərbi qüvvələrin ABŞ, NATO və ya hansısa “sülhməramlı beynəlxalq” qüvvələrlə sürətlə əvəz edilməsinə gətirib çıxara bilər. Həmin halda artıq işğal olunmuş ərazilərimizin azad edilməsində siyasi alver bütünlüklə ermənilərin xeyirinə ola bilər. Buna imkan vermək olmaz!

Yeganə yol — erməni sürüsü içində dayanmayan boğuşmalara təkan verməkdir. Buna isə, yeni “lələtəpələrin” fasilələrlə amma dayanmadan azad edilməsi taktikasıdır.

2019-cu ildə “hayastan dövlətciyində” seçkilər olacaq. Bu ərəfədə uğulu hərbi əməliyyatımız erməni sürüsünün daxilində boğuşmaların yeni mərhələsinə təkan verəcəkdir. Fürsəti əldən qaçırmayaq!

Qarxunlu

“Millətçilik” qəzeti 28 sentyabr

Əvvəlki14241704086549041194
Növbəti“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti görüş Astara rayonunda keçirildi