Facebook 1,6 milyard dollar cərimələnə bilər

İrlandiyanın Məlumatların Qorunması Komissiyası facebook sosial şəbəkəsini 1,6 milyard dollarlıq cərimə edə bilər.

Bildirilir ki, buna səbəb sosial şəbəkənin 50 milyondan çox istifadəçisinin şəxsi məlumatlarının sızması ilə bağlıdır. Qəzet qeyd edir ki, bu məlumatların müdafiəsi haqqında yeni Avropa qanununun real tətbiqinin birinci genişmiqyaslı presedenti olacaq.

Komissiya artıq araşdırmaya başlayıb. Bununla əlaqədar facebookdan əlavə məlumat da tələb edilib.

Əvvəlkifacebook-hacked
Növbətixocavənd