Seyran Saroyan Ermənistandan qaçıb

Respublikaçılar Partiyasından olan deputat, general Seyran Saroyan ailəsi ilə birlikdə Ermənistandan qaçıb.

Axar.az xəbər verir ki, bu məlumatı “İravunk” qəzeti yayıb. Məlumata görə, Saroyan deputat Manvel Qriqoryanın həbsindən sonra qaçıb.

Qeyd edək ki, Saroyan Qarabağ savaşında Azərbaycana qarşı aktiv fəaliyyət aparanlardan biridir. O, Qubadlı, Kəlbəcər və Zəngilan rayonlarının işğalında və mülki azərbaycanlılara qarşı zorakılıqlarda fəal iştirak edib.

ƏvvəlkiErmənistan Respublikaçılar Partiyasının deputatı general Seyran Saroyan
NövbətiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protokol sektorunun müdiri Nigar Məmmədova