İnsan kəlləsinə oxşar asteroid 11 noyabr tarixində Yer kürəsinin yanından keçəcəkdir. NASA araşdırmaçıları asteroidin Günəşin yaxınlığından keçdiyi üçün quyruğunu itirmiş ölmüş komet olduğunu söyləyirlər.
Qorxulu formada olmaqdan əlavə asteroid üzərinə düşən işığın 94 faizini udduğundan tam qara rəngdədir.
“Kəllə” Yer kürəsinə 38 milyon kilometrə kimi yaxınlaşacaq. Bu məsafə Yer kürəsi ilə Günəş arasındakı məsafənin dörddə biri qədərdir.
İlk dəfə asteroid astronomların diqqətini 2015-ci ilin payızında özünə cəlb etmişdir. O zaman qəribə formalı səma cismi Yer kürəsindən 486 min kilometr yanından keçərkən astrofiziklər tərəfindən bir neçə şəkli çəkilmişdir.
Üç il əvvəl asteroid planetimizin yaxınlığından 31 oktyabr tarixində keçdiyindən onu “hellouin” adlandırmışlar.
Alimlər güman edir ki, bu müddət ərzində asteroidin forması dəyişikliyə uğrayada bilər. “Kəllə” formalı səma cisminin növbəti dəfə Yer kürəsinə yaxınlaşması təxminən 2082-ci ildə baş tutacaqdır.