“Tanrı hissəciyi”nin yaradıcısı öldü

Amerikalı məşhur fizik Leon Lederman vəfat edib.

Türk.az Kult.az-a istinadən xəbər verir ki, Lederman 96 yaşında Reksberq şəhərində vəfat edib.

Qeyd edək ki, Lederman Nyu Yorkda SSRİ-dən olan yəhudi miqrantların ailəsində anadan olub. Lederman 1988-ci ildə Nobel mükafatını alıb. Ona bu mükafat neytron hissəciklərinin növlərindən birinin açılışına görə verilib.

Lederman dünyada Hiqqs bozonu (başqa hissəciklərə kütlə verən hissəcik – red.) haqqında yazdığı “Tanrının hissəciyi” adlı kitabı ilə məşhurlaşıb. Bu kitab sayəsində bundan sonra Hiqqs bozonu dünyada “Tanrı hissəciyi” olaraq adlanmağa başlayıb.

ƏvvəlkiLeon Lederman
Növbətiqeza-demiryol