“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasının rəisi Nizaməddin Eminov vəfat edib.Bu barədə Türk.az–a ADY-nin İctimayətlə əlaqələr şöybəsinin rəisi Sevinc Qədirova məlumat verib.Onun sözlərinə görə, N.Eminov bir neçə gün bundan əvvəl bağırsağından əməliyyat olunub. Amma ötən gün axşam onun səhhəti pisləşib və dünyasını dəyişib.
Bakı-sərnişin stansiyasının rəisi Nizaməddin Cahangir oğlu Eminov 04 oktyabr 2018-ci ildə 59 yaşında dünyasını dəyişib.
Nizaməddin Eminov 17 aprel 1959-cu ildə Qazax rayonunda anadan olub. 1984-cü ildə Postov Dəmir Yolu İnstitutunun “Dəmir Yollarının istismarı” fakültəsini bitirib. O, əmək fəaliyyətinə 1976-cı ildə Bakı vaqon deposunda fəhlə kimi başlayıb və hərbi xidmətini başa vurandan sonra taleyini əbədi olaraq bu sahəyə bağlayıb.
Nizaməddin Eminov sonralar Bakı vaqon deposunda istehsalat ustası, Biləcəri stansiyasında post və stansiya növbətçisi, HİK sədri, stansiya rəisi, Sumqayıt stansiyasının rəisi, Şirvan-çeşidləmə stansiyasının rəisi və 2005-ci ildən bu günə kimi Bakı-sərnişin stansiyasının rəisi olub.
Nizaməddin Eminov çalışdığı bütün vəzifələrdə ona tapşırılan işin öhdəsindən hər zaman layiqincə gəlib. Onun əməyi rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilib və “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif olunub.
Dəmiryolçular adından təcrübəli həmkarımız Nizaməddin Eminovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun doğmalarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.