Fransada İnterpolun prezidenti Men Hunveyin itkin düşməsi ilə bağlı təhqiqat başlayıb.
AZƏRTAC Europe 1 radiostansiyasına istinadla xəbər verir ki, Men Hunvey sentyabrın 29-da Fransadan Çinə yola düşüb.
KİV-lərin məlumatına əsasən, onun itkin düşməsi barədə uşaqları ilə birgə Fransanın Lion şəhərində yaşayan həyat yoldaşı xəbər verib. Təşkilatın mənzil-qərargahı həmin şəhərdə yerləşir.
Qeyd edək ki, Hunvey 2016-cı ildən Beynəlxalq polis təşkilatına rəhbərlik edib. Buna qədər o, Çinin İctimai Təhlükəsizlik İdarəsinin nazir müavini, Sahil Mühafizə Xidmətinin direktoru və Dövlət Okean İdarəsinin rəhbəri vəzifəsində çalışıb.