Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.
“Report” xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar.
Kişilərdən ibarət kollektiv rəqibi 4:0 hesabı ilə məğlub edərək xallarını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə ABŞ Olimpiadanın qalibi olub.
Qadınlardan ibarət milli isə son oyunda heç-heçə etməklə xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.
Ümumdünya Şahmat Olimpiadası
XI tur
Kişilər
Serbiya – Azərbaycan – 0:4
Duşan Popoviç – Teymur Rəcəbov – 0:1
Miloş Roqanoviç – Arkadi Naydiç – 0:1
Marko Neneziç – Rauf Məmmədov – 0:1
Velimir İviç – Eltac Səfərli – 0:1
Qadınlar
Vyetnam – Azərbaycan – 2:2
Vo Thi Kim Funq – Günay Məmmədzadə – 0:1
Fam Le Thao Nquen – Zeynəb Məmmədyarova – 0,5:0,5
Thi Bao Tram Hoanq – Gülnar Məmmədova – 0,5:0,5
Thi Mai Hunq Nquyen – Ülviyyə Fətəliyeva – 1:0