Kim Çen In tezliklə Cənubi Koreyaya səfər edəcək

KXDR lideri Kim Çen In tez bir zamanda Seula səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İnə istinadən “Associated Press” məlumat yayıb.

Bununla belə prezident Şimali Koreya liderinin səfərinin təfərrüatları barədə məlumat verməyib.

Bundan əvvəl Cənubi Koreyanın KXDR ilə dəmir yolu əlaqəsi yaratmağı planlaşdırdığı bildirilib.

ƏvvəlkiPrezident “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişiklikliyi imzalayıb
NövbətiSofiyada Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun ilk iclası keçirilib