Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə oktyabrın 31-də, İmişli rayonunda, öncədən nəzərdə tutulmuş məkanda aztəminatlı ailələrin nümayəndələrinə “Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində sonuncu – 3-cü və 4-cü seminarlarını keçirdi. Tədbiri giriş sözü ilə açan STD sədri və “Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsinin rəhbəri Qasım Həsənov bu kimi layihələrin həyata keçirilməsində yardımçı olan dövlət qurumlarına – Azərbaycan Respublikası Prezidenti Admnistrasiyasına, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına və İmişli rayon İcra Hakimiyyətinə xüsusi təşəkkürünü bildirdi. O layihənin ümumi məqsədi barədə qısa çıxış etdikdən sonra sözü İmişli rayon İcra Hakimyyəti Aparatının ictimai-siyasi və humanitar şöbəsinin baş təlimatçısı Asif Abışova verdi.
A.Abışov tədbir iştirakçılarını salamladıqdan sonra bu kimi tədbirlərin əyalətlərdə keçirilməsinin təqdirəlayiq olduğunu vurğuladı. Əlavə olaraq qeyd etdi ki, bu cür seminarlar aztəminatlı ailələrin məşğuliyyətlərinin formalaşmasında ciddi rola malikdir. Sonra söz layihənin eksperti, iqtisadçı Camal Şükürova verildi.
Ekspert “Kreditlərin alınması, ilkin büdcənin formalaşması” adlı birinci seminarın mövzusu ilə bağlı aztəminatlı ailələrin nümayəndələrinə geniş məlumat verdi. Söz alan layihə rəhbərinin köməkçisi Səməd Hətəmov öz çıxışını ekspertin çıxışı üzərində qurdu və seminar iştirakçılarına dünya təcrübəsindən misallar gətirdi.
Əlavə olaraq qeyd etdi ki, bu cür seminarlar aztəminatlı ailələrin məşğuliyyətlərinin formalaşmasında ciddi rola malikdir. Çıxışlardan sonra mövzu ətrafında müzakirələr və sual-cavablar oldu. Sonra çay fasiləsi oldu. Fasilədən sonra söz alan rayonun Qızılkənd kəndindən olan İman İmanlı rayonda yun istehsalı ilə bağlı tədarük müəssisəsinin olmasının olduqca vacib amil olduğunu qeyd etdi.
Əlavə olaraq bildirdi ki, seminarlardakı maarifləndirici fikirlərdən əldə etdiyi bilgilərdən istifadə edərək o bu problemin həlli ilə bağlı addım atmağa qərarlıdır. Daha sonra layihənin formatına uyğun olaraq seminar iştirakçıları nahar fasiləsinə çıxdılar. Nahardan sonra layihə rəhbəri Q.Həsənov Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində 4-cü, sonuncu “İşçi qüvvəsinin müəyyən edilməsi, rəqabət qabiliyyətli məhsul istehsalı və bazarın təyin olunması” adlı seminarın başladığını elan etdi. O sözü layihənin eksperti Camal Şükürova verdi. C.Şükürov seminar iştirakçılarına kiçik sahibkarlıq subyektlərində işçi qüvvəsinin düzgün müəyyən edilməsinin gələcəkdə istehsala müsbət saldo ilə təsir amillərindən danışdı. Ekspert hər iki amilin daha uğurlu olmasını isə əmtəənin realizəsi zamanı tələbat olan bazarın müəyyən edilməsinə də təsirindən danışdı. O ölkəmizdəki bu istiqamətdə qəbul edilmiş qanunlar toplusu ilə bağlı da geniş məlumat verdi. Sonra cay fasiləsi oldu. Fasilədən sonra söz layihə rəhbərinin köməkçisi Səməd Hətəmova verildi. S.Hətəmov seminar iştirakçılarına dünya təcrübəsindən sitatlar gətirdi və ölkəmizdə bu istiqamətdə görülən dövlət səviyyəli işlər barədə məlumat verdi. Geniş məlumatlardan sonra mövzu ətrafında müzakirələr və sual-cavablar oldu. İmişli şəhər sakini Əli Əhmədov seminarlarda dinlədiyi ətraflı məlumatlardan sonra onda yeni ideyaların yarandığını qeyd etdi.
Ə.Əhmədov bildirdi ki, o əldə etdiyi məlumatlara əsasən barama yetişdirmə istiqamətində müəyyən addımlar atmağa qərar verib. Belə ki. bu istiqamətdə əsas addımlardan biri kimi dövlətdən icarəyə müəyyən qədər torpaq sahəsi götürüb orada tut tnigləri əkib yetişdirməyi düşünür. Sonra söz seminar iştirakçısı Qaradonlu kəndindən olan Rövşən Əsədliyə verildi.
R.Əsədli seminar vasitəsilə əldə etdiyi bilgilərə əsaslanaraq elmi-texniki tərəqqidən istifadə etməklə sifarişlər əsasında maykalar istehsalı ilə bağlı qərarlı olduğunu qeyd etdi. O sifarişlərin internet vasitəsilə qəbul edilməsini məqsədəuyğun hesab ediyini seminar iştirakçılarının diqqətinə atdırdı. Sonra layihə rəhbəri seminarda iştirak etdikləri üçün İmişli rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsnin baş məsləhətçisi Asif Abışova, eyni zamanda aztəminatlı ailələrin nümayəndələrinə təşəkkürünü bildirdi. Bununlada Sosial Tərəqqinin Dəstəklənməsi İB-nin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Aztəminatlı ailələr üçün kiçik sahibkarlıq subyektlərinin yaradılmasının təşviqi məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsi” layihəsi çərçivəsində 4 seminarları başa çatdı.