Yaponiyanın “Nissan Motors” şirkətinin prezidenti, “Renault” – “Nissan” – “Mitsubishi” alyansının direktorlar şurasının sədri Karlos Qon vergi bəyannaməsində gəlirlərini az göstərməkdə şübhəli bilinərək həbs olunub.
“Report” Yaponiya KİV-inə istinadən xəbər verir ki, Tokio Şəhər Prokurorluğu tərəfindən həmçinin “Nissan Motors” şirkətinin təmsilçi direktoru Qreq Kelli də maliyyə qanunlarını pozmaqda şübhəli bilindiyi üçün həbs edilib.